Görkəmli şəxsiyyətlər

Xətib Təbrizi

Azərbaycan şairi, ədəbiyyatşünasıdır. O, Təbriz şəhərində anadan olmuş, təhsilini burada almışdır.

 

Bir müddətdən sonra Suriya və Misirdə dil, ədəbiyyat tarixi, fəlsəfə və ilahiyyat elmlərini öyrənmiş, 40 il Şərqin ən böyük elm ocaqlarından biri olan Bağdaddakı "Nizamiyyə" universitetində dərs demiş, filologiya elmlərinin tədrisinə rəhbərlik etmiş, oradakı kitabxananın müdiri olmuşdur. O, bu şəhərlərdə görkəmli şəxslərlə - şairlərlə, alimlərlə yaxınlıq etmiş, onlarla fikir mübadiləsi aparmışdır. Xətib Təbrizi yaradıcılığa şeirlə başlamışdır. Bəzi mənbələrə görə divanı da olmuşdur. Bir neçə şeiri ərəb mənbələrində saxlanılır. Xətib Təbrizi universal, ensiklopedik elm sahəsinə dair tədqiqatları ilə şöhrət qazanmışdır.

 

O, ədəbiyyatın, mədəniyyətin görkəmli xadimlərindən biri, şair, mütəfək kir olmaqla Yaxın və Orta Şərqdə məşhurlaşmış, ərəb dilli ədəbiyyatın elmi poetikasını yaratmışdır. "On qəsidə nin şərhi", "Banət Suad qəsidəsinin şərhi", "İbn Düreydin "Məqsurəsi"nin şərhi" əsərləri yaradıcılığının ilkin dövr lərinə aiddir. Bir müddət sonra isə alim "Əbu Təmmam divanının şərhi", "Səqtəzcəndin şərhi", "Həmasə"nin şərhi", "Əl-Müfəddəliyatın şərhi" kimi mühüm əsərlərini yaratmışdır. Ədibin dilçiliyə dair əsərlərindən İbn Sukkeytin "Kitab islahül-məntiq" və "Kitabül-əlfaz" əsərlərinə yazdığı düzəliş, "Quranda hallanma", məşhur ərəb dilçisi İbn Cinninin "Nəhvə dair qısa xülasə" əsərinə yazdığı şərh, şeir nəzəriyyəsi sahəsində "əruz və qafiyə elmlərinə dair qısa xülasə" və digər əsərlərini göstərmək olar. Onun elmi əsərləri Yaxın və Orta Şərq xalqları ədəbi fikrinin inkişafında mühüm rol oynamışdır. Ədibin "Şeiri tənqid etmək, onu yazmaqdan çətindir" fikri məşhur rus şərqşünası I.Kraçkovski tərəfindən çox yüksək qiymətləndirilmişdir. Xətibə görə, tənqidçi daha artıq məlumata, poetik zövqə malik olmalı, hər bir şairin fərdi üslubunu bilməli, onun yaşadığı tarixi dövrü dərk etməli, geniş mütaliə qabiliyyətinə, həssaslığa malik olmalıdır ki, ədəbi əsəri layiqincə qiymətləndirə bilsin. Xətib Təbrizinin "Nəhvə giriş", "Quran"da hal şəkil çiləri" və digər əsərləri də vardır. Xətib Təbrizi tədqiqatlarında ədəbiyyat və dil problemləri ilə yanaşı, etnoqrafiya, fəlsəfə, ilahiyyatın müxtəlif məsələlərini də araşdırmışdır. Məşhur ərəb yazıçısı, jurnalisti, alimi Corci Zeydan Xətib Təbrizinin şeir divanı olduğunu yazmışdır. 

 

Xətib Təbrizi 1109-cu ildə yanvarın 3-də Bağdadda vəfat etmiş, "Nizamiyyə" mədrəsəsinin ilk müdiri Əbu İs haq Şirazinin türbəsi yaxınlığında dəfn olunmuşdur. Xətib Təbrizinin həyat və yaradıcılığı artıq öz dövründən başlayaraq alimlərin və mütəxəssislərin diqqətini cəlb etmiş, müxtəlif ixtisas sahibləri ondan bəhs etməyi özlərinə borc bilmişlər. Məhəmmədəli Tərbiyət, M.S.Ordubadi, H.Araslı, eyni zamanda Şərq, Avropa, rus alimləri onun fəaliyyəti barədə əsərlər yazıb çap etdirmişlər. M.Mahmudov Xətib Təbrizininin həyat və yara dıcılığını araşdırmış, monoqrafiya yazmış, 1972-ci ildə çap etdirmiş və 1982-ci ildə "Piyada...Təbrizdən Şama qədər" adlı əsər yazmış, nəşr etdirmişdir.