Təbiət

Əqrəbin zəhəri hardadır?

Əqrəblərin də, hörümçəklərdə olduğu kimi, səkkiz ayağı var. Qabaqda, baş hissəsində isə əlavə üst çənə adlanan çıxıntı var, onların köməyilə əqrəblər öz ovlarını yeyirlər.

 

Ancaq hörümçəklərdən fərqli olaraq, əqrəbin qarıncığı iki hissəyə bölünüb: ayaqlar qabaq hissədədir, arxa hissə isə uzun, dartılmış və buğumlara bölünmüşdür və o, yuxarı qalxıb, quyruğa oxşayır. Quyruğun son hissəsində içərisində zəhər olan caynaq vardır.

 

Əqrəblər nisbətən quru iqlimi olan səhra və yarımsəhra ərazilərdə yaşayırlar. Gündüz onlar istidən daşların və ya ağac qabıqlarının altında gizlənir, gecələr isə ova çıxırlar. Əqrəblər həşəratlar və hörümçəklərlə qidalanırlar.