Təbiət

Həşəratlarda hansı dəyişikliklər olur?

Bütün həşəratlar yumurtadan çıxır. Bəzi həşəratlar dünyaya gəldikdən bir müddət sonra bədəninin forması dəyişir, buna metamorfoza deyilir.

 

Bəzi həşəratlarda metamorfoza sadə olur: yumurtadan böyük həşərata oxşayan sürfə çıxır, ancaq qanadları olmur. Belə sürfə nimfa adlanır, o, böyük həşəratlar kimi qidalanır, tədricən onun qanadları böyüyür. Bu qayda ilə tarakanların, taxtabitilərin, çəyirtkələrin sürfələri inkişaf edir. Ancaq əksəriyyət həşəratlarda həyatları boyu tam metamorfoza olur: yumurtadan sürfə və ya tırtıl çıxır, bir müddət sonra tırtıl öz ətrafında baramadan qabıq toxuyur, metamorfozun bu dövründə onlar gəlincik adlandırılır.

 

Gəlinciyin içərisində tırtıl tam olaraq böyük həşərata oxşayana qədər dəyişir, sonra isə baramanın içərisindən çıxır. Böcəklər, kəpənəklər, arılar, milçəklər, qarışqalar və başqa bir çox həşəratlar bu cür inkişaf edir.