Eynəkli Qaqa ördəyi
Eynəkli Qaqa - ördəklər fəsiləsinə aid quş növüdür. Digər adı “Fişer” ördəyidir, Rusiya təbiətşünas və zooloq Qriqori Fişer fon Valdheymın şərəfinə adlandırılıb.
Bu ördək digər növlərdən orijinal "eynəkləri" nə görə fərqlənir. Bu özəlliyinə görə məhz “eynəkli ördək” adını alıb.
Əsasən Alyaskanın dəniz sahilləri, Müqəddəs Lavrentiya adası və Şimal-Şərqi Sibirdə yuva quraraq çoxalırlar. Soyuq mövsümdə, su hövzələri tamamilə donduqda isə eynəkli ördəklər Berinq dənizinin cənub hissəsinə doğru uçurlar.
Erkək fərd ağ gözlükləri, narıncı dimdiyi və baş nahiyəsində solğun yaşıl rəngdə tükləri ilə seçilir. Dişi, ümumiyyətlə, solğun qəhvəyi rəngdədir. Lələkləri mövsümə görə dəyişir.
Quş böyük bədən ölçüsü ilə seçilir. Eynəkli ördəyin bədən uzunluğu təxminən 50-58 sm, çəkisi-1400-1800 qram təşkil edir.
Qida rasionunu əsasən molyusklar, xırda balıqlar və böcəklər təşkil edir. Qida əldə etmək üçün quş böyük dərinliklərə dalır. Otlar və giləmeyvələr ilə də qidalanır.
Yaşayış yerindən asılı olmayaraq, gün ərzində quş su anbarlarının yaxınlığında və ya açıq ərazidə gəzir. Qışda gəzintilər buz kənarının yaxınlığında baş verir.
Eynəkli ördək yazda çoxalır, bu əsasən May-İyun aylarına təsadüf edir. Yuva qurmaq üçün kiçik göllərin sahillərini seçirlər. Eyni sahildə bir neçə cüt eyni anda yaşayıb bala çıxara bilir. Dişi yuvaya 4-5 qədər yumurta qoyur.
Əvvəllər eynəkli ördək ov quşu idi, lakin hazırda quşu ovlamaq qadağandır. Nadir növ hesab edildiyindən, Eynəkli Qaqa ördəyi, 2020-ci ildə Rusiyanın Qırmızı kitabına daxil edilib.
20.12.2022