Balıqlar niyə suda yaşayır?
Başqa heyvanlar kimi, balıqların da nəfəs alması üçün oksigen lazımdır, ancaq onlar oksigeni quruda yaşayan heyvanlar kimi havadan yox, sudan əldə edirlər. Balığın başında xüsusi nəfəs üzvü-qəlsəmələr yerləşir. Su ağızdan qəlsəmələrə daxil olur və orada qazların dəyişməsi baş verir: oksigen sudan qana keçir. Bundan sonra su qəlsəmənin deşiklərindən bayıra çıxır.
Qəlsəmələr içərisindən çoxlu qan damarları keçən möhkəm lövhələrdir, həmin qan damarları ona qırmızı rəng verir. Digər heyvanlarda tənəffüs funksiyasını başqa orqan-ağciyər yerinə yetirir.
21.12.2022