Mədəni irsimiz

Xanlıq xalçası

Xanlıq Azərbaycanın ən tanınmış xalçatoxuma məntəqəsidir. Burada istehsal olunan xalçalar incəsənət əsərlərinin gözəl nümunəsi olub və hər zaman da belə olaraq qalmaqdadır.

 

Yüksək keyfiyyətləri ilə seçilirlər. XIX əsrdə Cəbrayılda, xüsusilə də Mirzəcanlı, Əfəndilər, Daşkəsən, Süleymanlı kəndlərində istehsal olunan xalçalar Dünya bazarına və yaramarkalarına ixracat olunan xalçalardan daha gözəl hesab olunurdu.

 

“Xanlıq” xalçasının orta sahəsində böyük gel yerləşir. Onun yuxarı və aşağı hissəsində iki quba, orta sahənin dörd küncündə isə simmetrik yerləşmiş ləçək yerləşir. “Xanlıq” xalçasına xarakterik olan haşiyələr zolaqlardan ibarətdir. “Xanlıq” xalçasının orijinal nümunələri xüsusi sifarişlə toxunmuş mürəkkəb kompozisiyalı xalını özündə əks etdirir. Məsələn, XIX əsrdə şairə Xurşudbanu Natəvanın müşayiəti altında xalq arasında “xan qızı” kimi tanınan “Xanlıq” xalçası toxunmuşdur.