Atalar sözləri

Əsəbləri ilə oynamaq

Hirsləndirmәk, acıqlandırmaq, dəqiqəbaşı qıcıqlandırmaq


İfadə qədim həkimlərin insan əsəblərini simli musiqi alətlərinə bənzətməsi ilə bağlı yaranmışdır.


Tarixdәn mәlumdur ki, çox-çox qәdimlәrdә də simli musiqi alәtlәri mövcud olmuşdur. «Sim» isә latın dilindә «nervus» (әsәb) demәkdir. O zaman hәkimlәr bәdәndә әsәblәrin olduğunu müәyyәn etmişdilәr ki, bu әsәblәr simә bәnzәyirdi. Romalılar әsәbi elә-belә dә «sim» deyә adlandırırdılar. Bu vaxta qәdәr musiqi simlәri ilә әlaqәdar olan bir sıra ifadәlәr indi әsәblәrlә bağlanmışdır.

 

«Sarı simә toxunmaq» ifadəsi dә bununla әlaqәdardır. Bu ifadә ilə yanaşı, dilimizdə işlənən «әsәblәri pozulmaq», «әsәblәri gәrilmәk, dartılmaq», «әsәblәri korlanmaq» kimi ifadәlәr də musiqi alətləri ilə bağlı meydana çıxmışdır. Adәtәn, әsәbi simlә yanaşı xatırladır, bunları bir-biri ilә müqayisә edirlәr.