Təbiət

Dəniz atı

Dəniz atı çox qeyri-adi balıqdır. Onun belə adlandırılmasının səbəbi bədəninin yuxarı hissəsinin ata oxşamasıdır. Onun uzun sifəti, kiçik ağzı və dalğalı bədəni var.

 

Dəniz atı su bitkilərinin arasında yaşayır və yırtıcı heyvanların onları sualtı bitkilərin arasında tapmaması üçün elə o bitkilərin rəngi ilə maskalanır. Öz kürülərinin gələcək taleyi ilə maraqlanmayan başqa balıqlardan fərqli olaraq, dəniz atının erkəyi dişinin qoyduğu kürüləri yeni balalar çıxana kimi öz qarnındakı cibdə gəzdirir.