Bu maraqlıdır!

Öyrədici coğrafiya

1.  "Coğrafiya" sözü qədim yunan dilindən tərcümədə-"yerin təsviri" deməkdir.

 

2. Dünyanın ən soyuq paytaxtı-Ulan-Batordur (Monqolustan).


3. Planetimizin ən isti yeri-ABŞ-ın Ölüm Vadisidir (+58°С); ən yağışlı yeri-Çerapunçi (Hindistan, 11000 mm – ildə); ən quraq yeri isə Atakamadır.


4. Baykal gölünə 336 çay tökülür və yalnız ondan bir çay axır-Anqara.


5. Tonqa Krallığı Okeaniyada yeganə monarxiyadır.


6. Trans-Sibir Dəmir Yolu düz 3901 körpünün üzərindən keçir.


7. Filippin arxipelaqına 7107 ada daxildir.


8. Karib dənizinin yüzdə 1 faizindən az hissəsi insanlar tərəfindən məskunlaşıb.


9. Dünyanın dövlət statusuna malik ən kiçik adası-Pitkerndir (Polineziya). Sahəsi cəmi 4,5 km²-dir.


10. Dünyanın 7 ən böyük ölkəsi-Rusiya, Kanada, ABŞ, Çin, Avstraliya, Braziliya və Argentina planetin bütün quru kütləsinin yarısını tutur.


11. Avropada yalnız bir dövlətlə həmsərhəd olan 5 dövlət var-Portuqaliya, Danimarka, San Marino, Vatikan və Monako.


12. Yer kürəsi əhalisinin 90%-i şimal yarımkürəsində yaşayır.


13. Nauru dünyada rəsmi paytaxtı olmayan yeganə dövlətdir.


14. Yer kürəsində süni mənşəli ən dərin çuxur-Kola quyusudur. Dərinliyi 12,262 m-dir.


15. Yer üzündəki bütün təbii göllərin 50%-dən çoxu Kanada ərazisində yerləşir.


16. Avropada bir dənə də olsun səhra yoxdur. Bu, dünyanın yeganə hissəsidir ki, burada səhralar yoxdur.


17. Yaponiyada 3900-dən çox ada var.


18. Dünyanın 25 ən yüksək zirvəsindən 19-u Himalay dağlarındadır.


19. Qanq bütün çayların ən böyük deltasına malikdir.


20. 1979-cu il fevralın 18-də Sahara səhrasına qar yağıb.


21. Ən kiçik dövlət-Vatikandır. Ərazisi 44 hektardır.


22. Bütöv bir qitəni tutan dövlət-Avstraliyadır.


23. Ən böyük ada dövlətiİndoneziyadır.


24. Ən çox sərhədi olan qitə-Afrikadır-108.


25. Qonşu dövlətlər arasında ən uzun sərhəd-8963 km, ABŞ və Kanada arasındadır.


26. Hindistan ən çoxmillətli və çoxdilli dövlətdir. Burada 500-dən çox millət və tayfa 800-dən çox dildə və 1600 ləhcədə danışır.


27. Ən yüksək doğum səviyyəsi Afrikadadır.


28. Ən yüksək ölüm nisbəti Afrikadadır.


29. Ən çox əhalisi olan paytaxt-Tokyodur - 25,8 milyon adam.


30. Heç konstitusiyası olmayan ölkələr-İsrail, Livan, Yeni Zelandiya, Oman və Böyük Britaniyadır.


31. Şimal qütbü Şimal yarımkürəsində Yerin öz oxu ətrafında gündəlik fırlanmasında iştirak etməyən yeganə nöqtədir. Burada gecə ilə gündüzün dəyişməsi, uzunluq, şərq, qərb və ya şimal istiqaməti yoxdur.


32. Ekvatorda gündüz həmişə gecəyə bərabərdir və Günəş ildə iki dəfə (yaz günü və payız bərabərliyi günü) öz zenitində olur.


33. Sahara kənarında yerli sakinlər evlərini yerin altında tikirlər. Burada onlar şirin su və qum fırtınalarından etibarlı sığınacaq tapırlar.


34. Sinqapuru başdan-başa metro ilə gəzmək olar. Bu ölkənin ərazisi şimaldan cənuba 23 km, qərbdən şərqə 42 km uzanır. Metro xətlərinin ümumi uzunluğu 67 km-dir. Buradakı metro dünyanın ən müasir metrosudur.


35. Namibiyanın paytaxtından 450 km. şimalda yer üzündəki ən böyük meteorit olan-Hoba yerləşir. Onun çəkisi təxminən 50 tondur.