Bu maraqlıdır!

İdman və intellektual inkişaf

On ildən artıqdır ki, nevroloqlar və fizioloqlar idmanın beyin fəaliyyətinə necə təsir etdiyini dəqiq anlamağa çalışırlar. Tədqiqatlar göstərir ki, fiziki məşqlər neyronların işinə faydalı təsir göstərir, bununla da düşüncə proseslərini gücləndirir və beynin idrak fəaliyyətini
yaxşılaşdırır. İdman intellektə necə təsir edir?


Bir təcrübəni nəzərdən keçirək. Alimlər 4 qrup siçovul seçiblər.


Birincisi müxtəlif yeməklər və oyuncaqlar ilə bol təmin edildi.


İkincisinin yanına qaçmaq üçün təkər əlavə edildi.


Üçüncüsü adi şəraitdə olduğu kimi yaşadı.


Dördüncüsünün qəfəsində təkər quraşdırılıldı.


Təcrübə nəticəsində alimlər ikinci və dördüncü qruplarda olan, yəni fiziki məşqlərlə fəal məşğul olan qruplardan olan siçovulların idrak qabiliyyətlərində əhəmiyyətli dəyişikliklər müşahidə etdilər.


Nevroloq və fizioloqların bir çox elmi araşdırmalarının nəticələri sübut edir ki, fiziki məşqlər təkcə orqanizmin vəziyyətinə deyil, həm də beynin fəaliyyətinə faydalı təsir göstərir. İdman fəaliyyəti idrak qabiliyyətini artırır, düşüncə prosesini yaxşılaşdırır və beynin qocalmasını ləngidir.Məsələ burasındadır ki, beyin də digər əzələ və orqanlar kimi toxumadır və ona görə də istifadə edilmədikdə onun imkanları azalır, qocalır.


Beyində hipokampus öyrənmə, yaddaş və təfəkkürə görə cavabdehlik daşıyır. 30 yaşa qədər insanlar hipokampusun həcminin yalnız 1%-ni istifadə edirlər.


Uzun müddət alimlər hesab edirdilər ki, insanlar yaşla artmayan müəyyən sayda beyin hüceyrələri ilə doğulurlar. Lakin 1990-cı illərdə onlar belə qənaətə gəldilər ki, böyüklərdə yeni neyronlar var. Xüsusilə neyrogenezin baş verdiyi hipokampusda onlar daha çoxudur.


Araşdırmalar zamanı məlum oldu ki, bu, müntəzəm fiziki məşqlərin nəticəsidir. Onlar yalnız beynin motor bacarıqlarına cavabdeh olan hissələrinə müsbət təsir göstərmir, həm də hipokampusdakı genlərin fəaliyyətini artırır, yəni yeni neyronların doğulmasını
stimullaşdırır.Bundan əlavə, fiziki fəaliyyət beyinə oksigen tədarükünün yaxşılaşmasına gətirib çıxarır ki, bu da məlumatların qəbulunun keyfiyyətini artırır.


İdmanla məşğul olmaq kiçik yaşlı uşaqlara ətraf aləmi öyrənməyə, təfəkkür, məntiq, hissiyyat və nitq bacarıqlarını inkişaf etdirməyə kömək edir. XX-ci əsrin ortalarında məşhur amerikalı fizioterapevt Glenn Doman hətta motor zəka anlayışını təqdim etdi, bu da motor bacarıqları ilə uşağın zehni inkişafı arasındakı əlaqəni ifadə edir.


Müntəzəm olaraq idmanla məşğul olan məktəblilərin təlim nəticələri passiv həyat tərzi keçirən uşaqlardan daha çox yaxşı olur. Hətta yaşlı insanlarda müntəzəm fiziki fəaliyyət sayəsində idrak qabiliyyətləri yaxşılaşır və beynin qocalma prosesi ləngiyir.