Bu maraqlıdır!

Simli alətlərdə necə ifa edirlər?

Simlərin titrəyişi nəticəsində səs verən musiqi alətlərinə simli alətlər deyilir. Simli alətlərin müxtəlif formalı və müxtəlif ölçülü bir çox növləri var, bundan başqa, onlarda müxtəlif üsullarda ifa etmək olar. Məsələn, skripka və ya violonçeldə tellərə yayı sürtməklə səs çıxarırlar. Gitara, arfa, lira və ya lyutnyada simləri barmaqlar vasitəsi ilə sıxıb dartmaq lazımdır. Fortepiano və klavesin kimi bir növ alətlər var ki, onlarda səs simlər vasitəsilə çıxarılır; bu alətlərdə xüsusi mexanizm var ki, simlərə zərbə vurur və onları səslənməyə məcbur edir.