Bu maraqlıdır!

Qum və pomidordan hazırlanmış nəhəng Santa Klaus

Hindistanın Odişa əyalətinin şərqində yerləşən Qopalpur şəhəri yaxınlığındakı çimərlikdə hindistanlı rəssam və heykəltəraş Sudarsan Pattnaik qum və pomidordan böyük ölçüdə Santa Klaus fiqurunu hazırlayaraq ictimaiyyətə təqdim edib.

 

Heykəltəraş eni 60 fut (18,2 m) və hündürlüyü 27 fut (8,2 m) olan böyük ölçülü fiquru 15 şagirdinin köməyi ilə yaradıb.

 

Qeyd edək ki, bu, Hindistanın Odişa əyalətinin şərqində yerləşən Qopalpur şəhəri yaxınlığındakı çimərlikdə 1,5 ton pomidordan və qumdan ibarət dünyanın ən böyük Santa Klaus fiqurudur.