Atalar sözləri

Bəlkə də, qaytardılar

Əldən çıxmış qiymətli bir şeyin, vəzifənin, mal-mülkün bir gün mütləq geri qaytarılacağına inanan adamlara eyhamla deyilən və istehza bildirən ifadə


İfadə Mirzə Cəlilin ilk dəfə «Yeni yol» qəzetində dərc olunmuş eyniadlı hekayəsindәn sonra geniş yayılmışdır. Hekayə sovet hakimiyyəti qurulandan sonra var-dövləti, malı-mülkü əllәrindən çıxmış bir qrup milyonçunun hər gün bir yerə toplaşıb ötən günlərin yenidən qayıdacağı ümidi ilə yaşamalarından bəhs edir. Hekayənin qəhrəmanları tezliklə sovet hökumətinin dağılacağını və yenidən mal-mülk sahibi olacaqlarını düşünür, «bəlkə də, qaytardılar» deyib təsəlli tapırlar.


Elə o vaxtdan da bu deyim zərbi-məsəl kimi dilimizdə yaşamaq hüququ qazanıb. Dilimizdə bu ifadə ilə eyni məna kəsb edən «Ac toyuq yuxusunda darı görər», «Yaz gələr, yonca bitər» kimi zərbi-məsəllər də vardır.