Şeirlər

Sevinc Nuruqızı. Beş barmaq

Bir əlin beş barmağı

Götürdülər qarmağı.

Qarmağı çaya atdılar

Çaydan balıq çıxartdılar.

O alıb, tez əzizlədi

Bu alıb, tez təmizlədi.

Biri tavaya yağ atdı

Biri balığı qızartdı.

Çeçələ: -Ver yeyim, dedi

- Sizə sağ ol, deyim, dedi.

Balığın tıxı iynədi.

Görün bir ona neylədi.

Çeçələnin pisdir halı

Yığışıbdır qardaşları.

Biri tıxı təmizləyir,

Biri onu əzizləyir.

Biri söyləyir nağılın,

Biri deyir: -Tez dağılın.