Bu maraqlıdır!

Həqiqətən şirlər deyildiyi kimi qəddardırlarmı?

Şirlər Afrika və Asiyada yaşayırlar. Şir yırtıcı heyvandır. O ancaq ət ilə qidalanır.


Şirlər özünün güclü və cəldlikləri, həmçinin heyrətamiz xarici görünüşləri ilə məşhurdur. Bir çox heyvanlar, məsələn, zebrlər şirlərdən dəhşətli dərəcədə qorxurlar, şirlər isə heç kəsdən qorxmurlar, yalnız fillərdən, bir də ki,
qaniçici həşəratlardan ehtiyat edirlər. Ancaq onların qəddarlığı və təcavüzkarlığı barədə gedən söhbətlərə baxmayaraq, şirlər, adətən, özlərini sakit aparırılar.


Şirlərin sevimli ovları qəzallar (antiloplar), zebrlər, zürafələr və kəllərdir.


Əgər yaxınlıqda başqa yem yoxdursa, şirlər siçanları, kərtənkələləri ovlayır leşlərlə qidalanırlar.