Bu maraqlıdır!

Almaniya milli kitabxanası

Almaniya milli kitabxanası– Ölkənin mərkəzi arxiv kitabxanası və milli biblioqrafiya mərkəzi hesab edilir.

 

Hələ 1848-ci ildə ümumalman milli kitabxanasının yaradılması planı mövcud olmuşdur. 1912-ci ildə Leypsiq şəhərində hər il keçirilən kitab yarmarkasında Saksoniya Krallığı və Alman Kitab Ticarətçiləri Assoaiasiyası birgə Almaniya Milli Kitabxanasının yaradılması qərarına gəlirlər. 1913-cü ilin 1 yanvarından başlayaraq, alman dilində olan bütün nəşrlər (həmçinin Avstriya və İsveçrədə olan kitablar) sistemli qaydada toplanır. Həmin il Qustav Val kitabxananın ilk direktoru seçilir. 1946-cı ildə Georq Kurt Şauer, Henrix Kobet, Vittorio Klosterman və professor Hans Vilhelm Eppelsxaymer Frankfurt-Mayn şəhərində Alman Arxivinin təkrar təşkili qərarına gəlirlər. Bunun nəticəsi kimi Almaniyada əsas dövlət kitabsaxlayıcısı və dövlət kitabxanası funksiyalarını həyata keçirən iki kitabxana fəaliyyətə başladı. 3 oktyabr 1990-cı ildə Almaniyanın birləşməsi nəticəsində hər iki filial birləşdirilərək, Alman Kitabxanası adlandırıldı.

 

29 iyun 2006-cı ildə “Alman Milli Kitabxanası haqqında Qanun” qəbul olundu.