Xəbərlər

Bakı məktəblərində 20 Yanvar faciəsi ilə bağlı xüsusi dərslər keçiriləcək

“20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb.

 

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, əmrə əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək. Həmçinin təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı konfransların, seminarların, mühazirələrin və dəyirmi masaların təşkili nəzərdə tutulur. Bundan əlavə, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar nümayiş olunacaq.

 

Qeyd olunan tədbirlərin keçirilməsi şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi məqsədlərinə xidmət edir.