Bu maraqlıdır!

Hansı heyvan uzun müddət yemədən yaşaya bilir?

Dünyanın bir çox səhralarında, məsələn, Afrikanın Böyük Səhra və Asiyanın Qobi səhrasında ağır səhra şəraitinə çox gözəl uyğunlaşmış heyvan-dəvə yaşayır.


Dəvə güclü heyvandır, isti və quraqlığa çox gözəl tab gətirir, ona görə də səhra ərazilərdə insanlar dəvələrdən minik və yük heyvanı kimi istifadə edirlər. Dəvə yem yemədən bir neçə gün dözə bilir; onun belində piy ehtiyatı yığılan iki hörgüc var yem az olan vaxtı onun orqanizmi bu piyi qida kimi istifadə edir. Bundan başqa, dəvə uzun müddət su içmədən dözə bilir.


O, içdiyi suyun bir qismini mədəsinin xüsusi bir bölməsində ehtiyat olaraq saxlayır və lazım olduqca istifadə edir.


Birhürgüclü dəvə onların bir növüdür, onun bir hürgücü var. İkihürgüclü və birhürgüclü dəvələrdən başqa, dəvələr ailəsinə Cənubi Amerika dağlarında yaşayan lama da aiddir.