Bu maraqlıdır!

Hansı quşların lələkləri daha gözəldir?

Bəzi quşların lələkləri o qədər qeyri-adi və müxtəlif gözəl rənglərə boyanıb ki, onların görünüşü hər bir təsəvvürü üstələyir. Ən gözəl quşlar, əsasən, tropiklərdə olur. Öz gözəllikləri ilə tutuquşu, cənnət quşu, qırqovul və tovuz
quşları daha məşhurdurlar.


Cənubi Amerikada çoxlu quşlar yaşayır ki, onları qeyri-adi gözəlliklərinə görə “cənnət quşları” adlandırırlar. Onlardan ən tanınmış mayya hindularının müqəddəs adlandırdıqları və ilahi varlıq kimi baş əydikləri ketsal Qvatemalanın milli simvolu sayılır. Ketsal həm də azadlıq simvolu sayılır, çünki o, qəfəsdə yaşaya bilmir.


Qəzəl qırqovul Asiyada, Himalay meşələrində yaşayır. Onun lələklərində qara, göy, sarı, bənövşəyi və qırmızı rənglər var, bütün bu rənglər günəş şüasının altında sayrışır.


Tovuz quşları da Asiyada yaşayır, erkəklərin sanki qiymətli daşlarla bəzənmiş uzun quyruğu var. Hələ qədim dövrdən tovuz quşlarını gözəlliklərinə görə ev quşları kimi bəsləyirlər.