Şeirlər

Alməmməd İsgəndərli. Şəhid olmaq arzusu

Mənə elə gəlir ki,
Alışıram, yanıram.
Ana nə, vətən nədir?
Fərqini anlamıram.

 


Babək olmaq istərəm,
Tarixə ər tək düşüm.
Düz yolumdan dönmərəm,
Kəsilsə əlim, başım.

 


“Ceyhun” olmaq istərəm,
Odur əsl qəhrəman!
Elə oğul gərəkdir
Vətənimə hər zaman.

 


Çingiz olmaq istərəm,
Gözlərim şahin gözü.
Öldürsələr, ucalar
Dilimdə “vətən” sözü.

 


Ramil olmaq istərəm,
Susduram mən düşməni.
Əqidəmdən dönmərəm,
Həbsə salsalar məni.

 

Daha kimdən danışım,
Bu gün öyünüm deyə?
Əmr verin, vuruşum,
Nə güzəşt erməniyə?

 


Döyüş mənim alnımın
İlahidən yazısı!
Ürəyimdə qalmasın
Şəhid olmaq arzusu!