Xəbərlər

“Məktəbdə...” növbəti görüş

“Məktəbdə...” layihəsinin növbəti görüşü yanvarın 26-da Bakı şəhəri 320 nömrəli tam orta məktəbdə keçiriləcək.

 

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı kulturoloq, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Fuad Məmmədov olacaq.

 

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.