Atalar sözləri

Cızığından çıxmaq

in a rutHәddini aşmaq, tərbiyəsizlik etmək, qudurmaq, sərhədi keçmәk


İfadәnin mənşəyi «dirәdöymә» («cızıqtutma», «qayışsaldı», «qayıştutdu» da deyilir) adlanan xalq oyunu ilə әlaqәdardır. Oyunun qaydasına görə, hamar yer səthində diametri 2–3 metr olan dairə çəkilir. Oyunçular iki dəstəyə – komandaya bölünür. Püşk atmaqla dairəyə düşəni müəyyən edirlər. Püşkdə uduzan və ya şeir deyərkən sonuncu heca düşən dəstə dairənin çölünə düşür, yəni «döyən» olur, o biri dəstə dairənin içinə düşür, yəni «döyülən» dəstə olur. Cızığın içərisində olanlar qayışlarını açıb yerә salır, cızıqdan kәnarda olanlar bu qayışları götürərək həmin qayışla onları döymәyә sәy edirlәr.

 

Dilimizdə «cızığından çıxmaq (cızığını aşmaq)» ifadəsinin həmçinin «qudurmaq», «yolunu azmaq», «yerini bilməmək (sözünün yerini bilməmək)» kimi qarşılığı da vardır.