Şeirlər

Əyyub Türkay. Tənha ağac və külək

Bir Ağac çöldə,
Yaşayırdı tək.
Onu narahat,
Edirdi Külək.

 


Ağaca dedi,
-Sən ki, tənhasan.
Yıxmağım səni,
Olacaq asan.

 


Ağac söylədi,
-Təkəm, tənhayam.
Mən bu çöllərə,
Tanrıdan payam.

 


Qıra bilərsən,
Budaqlarımı.
Yola bilərsən,
Yarpaqlarımı.

 


Köküm daima,
Yerdə qalacaq.
Böyüyüb yenə,
Ağac olacaq.

 


Nə olsun, yoxdur
Arxa-dayağım.
Bil ki, bərkiyib,
Yerə ayağım.