Odlar Yurdu

Şeyx Cüneyd türbəsi

Qusar rayonunun Həzrə kəndində inşa edilmiş tarixi abidələrdən birisi də Şeyx Cüneyd türbəsidir. Səfəvilər sülaləsinin nümayəndələrindən biri olan Cüneyd 1460-cı ildə Şirvanşah I Xəlilullahın qoşunları ilə vuruşmada həlak olmuş və Qusar rayonunun Həzrə kəndində dəfn edilmişdir. Şeyx Cüneyd türbəsi Azərbaycanda Səfəvilər hakimiyyətə gəldikdən sonra Şeyx Cüneyidin cənazəsinin qalıqları Ərdəbilə köçürülmüşdür. Sonralar Səfəvi hökmdarı I Təhmasibin göstəriiş ilə qəbir üzərində türbə tikilmişdir.  

 

Abidənin fasadındakı kitabədə türbənin 1544-cü ildə tikildiyi göstərilir. Bişmiş kərpicdən inşa edilmiş abidə kvadrat planlı əsas binadan və onun künclərindəki otaqlardan - hücrələrdən ibarətdir.

 

Türbənin 4 divarının hər birində giriş açırımları (qapı yerləri) vardır. Dördüncü hücrənin içərisindən türbənin günbəzinə pilləkan qalxır.

 

Türbənin iç səthi 1,42 m. hündürlüyə qədər mavi və qara-bənövşəyi əmgli kaşı lövhələrlə üzlənmiş, interyerin yuxarı hissəsi suvaqla örtülmüşdür.

 

Türbənin bayır səthlərində şirli kərpcdən quraşdırılmış bəzək fraqmentləri indiyədək qalmışdır.