Ən kiçik dinozavrlar
Ən kiçik və ilk dinozavrlarda biri yırtıcı saltop (saltopus) olmuşdur. Onun gövdəsi iri toyuqlarda olduğu kimi 60 sm uzunluğunda idi. Saltop çox cəld idi və qaçağan kərtənkələləri, uçan həşəratları asanlıqla tuturdu. 1984-cü ildə Avstraliyada bitkiyeyən balaca leallinozavrın daşlaşmış cəsədi tapılmışdır. Uzunluğu 2 metr olan bu dinozavr saltopa oxşayırdı.
Balalar
Yumurtadan təzə çıxmış dinozavr balası çox cavan olurdu.
Protoseratopsun balası insan ovucuna sığışardı. Trodonun qazıntı zamanı tapılmış balasının uzunluğu isə cəmi 7 sm olmuşdur. Bu, yekə toyuğun yumurtası boydadır.
Dinozavrların yumurtaları
Hər bir yuvada 10-dan 40-a qədər yumurta olurdu. Yumurtaların iriliyi onları qoyanların həcmindən asılı idi. Bütünlüklə isə belə nəhənglər üçün bu yumurtalar çox kiçik görünür. Məsələn, 30 metrlik bir nəhəng uzunluğu 60 sm olan yumurta qoyurdu. Yəqin ki, dinozavrlardan daha iri yumurta olmazmış, çünki yumurtadan çıxan balalar onun divarını sındıra bilmədilər.
Yumurtaları tapan kimdir?
1923-cü ildə Qobi səhrasında dinozavr yumurtalarını ilk dəfə Roy Çepmen Endryus tapmışdır. O, Amerika Təbii Tarix muzeyinin tapşırığı ilə dinozavrların axtarışı sahəsində çox iş görmüşdür. Xüsusi düzəldilmiş avtomobildə o, Qobi səhrasında çox axtarış aparmışdır. Çoxları fikirləşir ki, o, indiki Jonsun prototipidir.