Bu maraqlıdır!

Vavilon

Şəhər-dövlət Vavilon Mesopotamiyada e.ə. 1900-cü ildə çiçəklənməyə başlamışdır. E.ə. XVIII əsrdə çar Xammurapi onun qüdrətini artıraraq ərazisini daha da genişləndirmiş və güclü dövlətə çevirmişdir. Vavilonun süqutu e.ə. 1595-ci ildə başlamışdır, çünki onu xettlər zəbt etmişlər. 100 ildən sonra II Navuxodonosorun dövründə şəhər yenidən canlanmışdır. E.ə. 539-cü ildə Vavilon farslar tərəfindən işğal olunmuşdur.


Vavilonun qüdrəti


II Navuxodonosor Vavilonu dünyanın ən varlı şəhərlərindən birinə çevirmişdir. Şəhərin baş girişi ilahə İştar darvazası mavi rəngli naxışlarla bəzədilmişdir. II Navuxodonosor dünyanın yeddi möcüzəsindən biri olan Asma bağlar üçün Farsidən nadir ekzotik bitkilər gətirmişdir.


Vavilon döyüşçüləri


Vavilonun mahir sərkərdələri olan və yaxşı təlim görmüş ordusu vardı. Həm Xammurapi, həm də II Navuxodonosor ordunu qonşu dövlətlərlə müharibəyə aparırdılar. Xammurapi, demək olar ki, bütün Mesopotamiyanı özünə tabe etmişdir. Təcrübəli oxatanlar Finikiyanı, Suriyanı, İudeyi və Assuriyanı fəth etməkdə II Navuxodonosora yaxından kömək etmişlər.


Əbədi həyatın sirri


Əfsanədə deyilir ki, Vavilon əsatirlərinin qəhrəmanı çar Gilqameşə əbədi yaşamağın sirri açılmışdır. O, dənizin dibindəki çiçəyi üzüb gətirməli idi. Gilqameş suya baş vurub möcüzəli çiçəyi qoparır, ancaq evə qayıdan başı dincəlmək üçün uzanıb yatır. Bu zaman ilan sirli çiçəyi udur. Beləliklə də, çar Gilqameş əbədi həyatı qazana bilmir.


Vavilonun qanunları


Xammurapi bütün Vavilonda vahid məhkəmə sistemi tətbiq etmişdir. O, 282 qanun yaratmışdır. Onlar əsasən ədalətli qanunlar idi. Bu qanunlar güclülərdən zəifləri qoruyur, vicdanlı ticarəti müdafiə edir, əmək və mülkiyyət münasibətlərini tənzimləyirdi.


Allahlar


Vavilonluların allahları çox idi. Onların ən qüdrətliləri ana-allah İştar və Vavilonun baş allahı Madruk hesab olunurdu. Əfsanələrin birində deyilir ki, qəhrəman Gilqameşin təkəbbürü allahları qəzəbləndirir. Onu məhv etmək üçün göydən öküz göndərirlər, lakin Gilqameş öküzü öldürür.


Dahilər


Vavilonlular inanırdılar ki, qanadlı ilahi dahilər çar sarayını şeytanlardan və xəstəliklərdən qoruyur.


Riyaziyyatçıların hesablama sistemi


Başqa qədim xalqlar kimi vavilonlular da çiv yazıdan istifadə edirdilər. Riyaziyyatçılar 60 rəqəminə əsaslanan hesablama sistemi yaratmışdılar. Bu, çox münasib idi, çünki çünki 60 rəqəmini çox rəqəmlərə bölmək mümkün idi. Biz indi də bu hesablama sistemindən istifadə edirik: məsələn, vaxtı müəyyən edərkən-hər saatda 60 dəqiqə, hər dəqiqədə 60 saniyə; bucaqları ölçərkən dairəni 60x6 dərəcəyə bölürük.

 

Vavilonlular qonşularla mübahisəyə son qoymaq üçün torpağın sərhədini mamırlı daşlarla işarə ediridlər. Vavilon həm də özünün astronomları ilə şöhrət qazanmışdır.


Vavilon heyvanları


Bəzi vavilonluların ev itləri və pişikıri vardır. Ancaq varlılar daha ekzotik heyvanlar saxlayırdı. Birinci heyvanxana çar ailələrinə məxsus olurdu. Ailə üzvləri bir-birinə şir və leopard kimi vəhşi heyvanlar bəxşiş verirdilər.