Bu maraqlıdır!

Bakı küləkləri

Qədim Bakı Xəzər dənizinin qərb sahilində, şimal küləklərinin daim döyəclədiyi, cənub və qərb tərəfdən hündür çılpaq təpələrlə əhatə edilmiş çökəkdə salınmışdır.


1826-cı ildə Bakıda olmuş görkəmli səyyah Zeynalabdin Şirvani yazır:


“Bakını “Badı kubə”də adlandırırlar. Çünki bu yerdə daim küləklər əsir. Bəzən elə güclü əsir ki, şəhərin böyük tikililərini də xəsarətə uğradır.

1. Buna görə burada evlərin özülünü yonulmuş daşlardan qoyur, həyətləri və damları qırla örtürlər. Bakının iqlimi mülayim isti, yarımsəhra və çöl iqlimi olub yalnız Abşerona xas küləklərlə səciyyəvidir.

2. Azərbaycana 4 fəsil hakimdir. “Xəzri” deyilən şimal küləyi yayda havanı sərinləşdirir, qışda isə hədsiz dərəcədə soyudur. Orta əsrlərdə Bakının məşhur xəzrisi əsdiyi zaman şəhər küçələrində tozanaqdan göz açmaq olmurdu.

3. Burulğan kimi burulan külək qarşısına çıxan hər şeyi qabağına qatıb sovururdu. Bəzən qadınların çadralarını başından qoparıb uçururdu. “Gilavar” deyilən cənub küləyi isə yayda isti gətirir, qışda isə soyuğu bir qədər mülyimləşdirir.


Mənbələrin yazdığına görə, orta əsrlərdə güclü külək və toz əlindən Bakının küçələrinə çıxmaq mümkün deyilmiş. Əbdürrəşid Baküvi də Orta Əsr Bakısının küləkli şəhər olduğundan bəhs edir. Müəllif yazır: “...Şəhərin küləkli olmasına baxmayaraq, burada əncir, nar və üzüm çoxdur. Şəhərdə yaşıllıq azdır, amma ətrafda gözəl bağlar var. Şəhər adamları oraya yayda gedir, bir qədər yaşadıqdan sonra yenidən şəhərə qayıdırlar. əhali bunu hər il təkrar edir. Bu şəhərin əsas xüsusiyyəti ondadır ki, külək həm gecə, həm də gündüz əsir. Bəzən külək çox güclü olanda adamlar onun əsdiyi istiqamətə gedə bilmir.

4. Qışda külək əsən zaman hətta at və qoyunlar öz yerlərində dayana bilmir, külək onları dənizə sürükləyir.”