Bu maraqlıdır!

Dünyanın ən yaxşı akrobatları

Pişiklər öz skeletlərinin elastikliyi və hərəkətliliyi sayəsində qeyri-adi çevikliyə malikdir. Onlar dar və sıx yerlərdə hərəkət etmək, ağac və hasarlara dırmaşmaq, divarda dar çıxıntıların ucu ilə gəzmək qabiliyyətinə malikdir. Pişiklər arxa ayaqlarının köməyilə təkan verərək böyük hündürlüyə çox məharətli və gözoxşayan sıçrayışlar edə bilirlər.


Onları bu cür məharətli edən nədir?


Məsələ ondadır ki, pişikdə insana nisbətən 40 sümük artıqdır, deməli, onun bədənində daha çox oynaq var, bu isə onları daha çox zirək olmağa və akrobatika möcüzələri göstərməyə imkan verir.