Bu maraqlıdır!

Skelet hansı sümüklərdən ibarətdir?

Skelet 206 ədəd müxtəlif formalı və ölçülü sümükdən ibarətdir.

 

Sümüklər hərəkət etmək, bədəni şaquli vəziyyətdə saxlamaq və daxili orqanları zədələnmələrdən qorumaq üçün lazımdır. Başın əsas sümükləri-əmgək, peysər və başqa sümüklərdən, həmçinin alt çənədən ibarət kəllə qutusudur. Əl çiyin, dirsək və mil sümüyündən, həmçinin əl və barmaqları təşkil edən çoxlu kiçik sümüklərdən ibarətdir. Ayaq-bud sümüyü, böyük və kiçik baldır sümüyü və pəncə sümüklərindən ibarətdir. Gövdənin yuxarı hissəsində boyun, kürək və bel fəqərələrindən ibarət onurğa var, onurğanın yuxarı hissəsinə döş qəfəsini təşkil edən qabırğalar birləşir, o, ürək və ağciyər kimi vacib orqanları müdafiə edir.