Bu maraqlıdır!

Əzələlər nə üçün lazımdır?

Əzələlər bütün bədən üzrə paylanıb və təxminən insan bədəninin çəkisinin yarısını təşkil edir. Onlar sümüklərlə birlikdə insanın hərəkət etməsinə kömək edən mexanizmi əmələ gətirir.


Bütün hərəkətləri, hətta ən sadələrini biz əzələlərin köməyi ilə edirik: gözümüzü ağzımızı açırıq və yumuruq, tullanırıq, qaçırıq, gülürük... Onlar olmasaydı, bədən tamamilə hərəkətsiz qalardı.


Bizim bədənimizdə olan əzələlərin yarısı ağ tellərdən ibarətdir. Onlar açıq rənglidir və çox tez yığıla bilir. Başqa yarısını qırmızı tellər təşkil edir, rəngləri nisbətən tünddür, çünki onların içərisindən lazım olan enerjini çatdıran çoxlu qan damarları keçir.