Cavid Musa. Çoban
Başında yun papağı,
Al qırmızı yanağı,
Gəzir dərəni, dağı,
Çoban quzu otarır,
İstirahət sayağı.
Nə vaxt çoban oturar,
Qoyun uzağa gedər.
Günorta isti olar,
Sürü dağ yamacına,
Çoban bulağa gedər.
Çobanın bir iti var
Uzun illər dostudur.
Onun da adəti var
Çobanı, həm sürünü,
Canavardan qoruyar.
Yolun düşə, rast gələ
Çobana qonaq olsan,
Quzu kəsər səninçin.
Soyuq bulaq başında
Kabab çəkər səninçin.