Heç nə apara bilməyəcəksiniz
İki qardaş atalarından qalan yeddi otaq və pal-paltarı bölüşdürmək üstündə dava eləyirdi. Bu vaxt Bəhlul küçə ilə gedirmiş. Qardaşlar Bəhlula şikayətlənib deyirlər:
-Yeddi otağın üçü birimizə düşüb, üçü də o birimizə. Ortada qalan bir otağı bölə bilmərik. Bizə kömək elə, otaqları bölək.
Bəhlul deyir:
-Gəlin dalımca.
Qardaşlar Bəhlulun arxasınca düşüb gedirlər. Bəhlul onları qəbiristanlığa aparıb altındakı qarğı atı ilə əvvəlcə hər ikisinin boynunu ölçür. Sonra yerdə hərəsinin eninə-uzununa görə torpaqda yer cızıb deyir:
-Üstündə dava elədiyiniz yerlər heç birinizin həqiqi yeri deyil. Əsl yeriniz, eviniz bu qəbir boyda yer, paltarınız da beş arşın ağdır. Nə üçün bir-biriniz qırırsınız? Bu dünyadan mən dediyimdən başqa heç nə apara bilməyəcəksiniz!