Xanımana Əlibəyli. Şəngülümün nağılı
Şəngülün nağılını
Oxuyantək Qərənfil,
İtirərək ağlını
Çəpiş oldu elə bil;
Guya qurd onu qovdu,
O saldı çığır – bağır.
Gah gözlərini ovdu,
Mələdi fağır – fağır.
Böyük bacısı Gülnaz
Dedi : - Sakit ol bir az!
Ana keçi, görəsən,
Hardadır ...tez gələydi...
Bu “çəpiş “in əlindən
Canımız dincələydi.
16.02.2023