Bu maraqlıdır!

Dünyanın ən qədim mağara sənəti

Yaradıcılıq və sənət əsərləri yaratmaq həmişə insan təbiətinin bir hissəsi olub və araşdırmalar bizi mağara sənətinin yaradıcılığı ifadə etməyin ilk yollarından biri olduğuna inandırıb. Dünyadakı ən qədim mağara sənətinin nə olduğunu dəqiq söyləmək çətindir, çünki biz hələ də hər gün yeni şeylər kəşf edirik. Texnologiya inkişaf etdikcə biz mürəkkəb piqmentləri və ətraf ərazini təhlil edə bilirik ki, mağara rəsminin neçə yaşı ola biləcəyinə dair daha dəqiq proqnozlar əldə edək. Son illərdə texnologiya inkişaf etdikcə tədqiqatçılar mağara sənəti nümunələrini tapmaq üçün bütün dünyada mağara şəbəkələrini daha dərindən araşdıra bilirlər. Asiyadan Avropaya qədər dağların altında yerləşən və cəngəlliklərdə gizlənmiş gizli mağara şəbəkələrində bir çox parçalar tapılıb, lakin ilk olaraq hansı rəsmin çəkildiyini dəqiqləşdirmək çətindir.Təkcə Avropada 400 tanınmış mağara rəsm sahəsi var.

 

Dünyanın ən qədim və məşhur mağara sənəti İspaniyanın şimalındakı Altamira mağarasındadır. Tapılan mağara rəsmlərindən bəziləri təxminən 65 min il əvvələ aiddir və” Homo sapiens” deyil, Neandertallar tərəfindən çəkildiyi ehtimal olunur. Bu xüsusi təsvirlər XIX əsrdə Marselinyo Sanz de Sautuola tərəfindən kəşf edilib.

 

Mağara sənətinə dünyanın hər yerində rast gəlmək olar, çünki bütün insanların yaradıcı tərəfi, hekayə danışmaq və ya sənədləşdirmək istəyi var. Mağara sənətləri, - istər 65 min il, istərsə də cəmi 14 min il əvvələ aid olsun, - bizə bir ərazinin və ya irqin tarixini öyrənməyə kömək edə bilər.

 

Qeyd edək ki, hələ də kəşf edilməkdə olan başqa əsərlərin mövcudluğuna baxmayaraq, İspaniyada tapılan mağara sənəti dünyada aşkarlanmış ən qədim mağara sənəti hesab edilir.