Bu maraqlıdır!

Ətraf mühitin çirklənməsi insanların sağlamlığına necə təsir edir?

Atmosferin, suyun, torpağın və ərzaq məhsullarının çirklənməsi insan sağlamlığına zərər vurur. Hər il havaya 200 milyon tondan çox zəhərli qaz buraxılır, bu, fabriklərin elektrik stansiyalarının, avtomobil mühərriklərinin və s. işləməsindən əmələ gələn tullantılardır. Bu qazlar insanlarda ağciyər xəstəlikləri əmələ gətirir, atmosferdə Yer kürəsini zərərli şüalardan qoruyan ozon qatını parçalayır, istixana effekti və turşu yağışları yaradır, bitki örtüyünü məhv edir.

 

İnsana lazım olan su da hava kimi daima çirklənir: suya zibil, sənaye tullantıları və kənd təsərrüfatı gübrələri qarışır, bu isə onu içmək üçün yararsız edir. Çirklənmiş çay və dənizlər bir çox heyvanların və bitkilərin məhv olmasına, həmçinin insanlar arasında xəstəliklər və zəhərlənmələrə səbəb olur.