Bu maraqlıdır!

Çəngəlin yaranması haqqında

Çəngəl ilk icad edildiyində iki uclu olub. Hazırkı dövrə gələnə qədər üç, daha sonra isə dörd uclu olub. Çəngəl ilk dəfə yunanlar tərəfindən bir müharibə silahı olaraq istifadə edilib. Sonrakı illərdə isə çəngəl bir əkin vasitəsinə çevrilib. Bu çevrilmələrin ardından son olaraq süfrəmizdəki formasını alıb.


Eramızdan əvvəl Orta Asiyalı zəngin ailələr tərəfindən istifadə edilən çəngəl, XIII əsrə gəlindiyində Bizans və Roma süfrələrinin əvəzedilməzi olub. O dövrdə fransızlar isə çəngələ qarşı fərqli bir münasibət bəsləyərək, çəngəlin bir göstəriş olduğunu düşünüb və istifadəsini rədd ediblər.

 

İbtidai insan ət yemək üçün çəngəl kimi haça budaqdan istifadə edirdi. Bəzi nüfuzlu alimlərin fikrincə, çəngəl əslində oxla eyni vaxtda yaranıb va bu alətdən daha əvvəllər diş təmizləmək üçün istifadə ediblər.

 

Bizim adət etdiyimiz çəngəllər ilk dövrlərdə, ümumiyyətlə, yalnız yemək bişirmək üçün istifadə olunurdu: onunla əti tutub doğrayırdılar. İlk çəngəllər çox uzun və ikidişli olurdu, onları dəmirdən, sümükdən, ya da sərt ağacdan düzəldirdilər.

 

Çəngəlin nahar zamanı, masa arxasında vacib atributa çevrilməsinədək xeyli zaman keçdi. Hələ 300 il qabaq çəngəl Avropada nadir bir əşya sayılırdı. Həqiqətən də, Fransada yeməyi XVII əsrədək əl ilə yeyirdilər. 

 

Sonralar bəzi adamlar yeməyi çəngəllə yeyəndə, camaat onları lağa qoyur, vasvası adlandırırdılar. XI əsrdə Venesiyadan olan bir əsilzadə, varlı xanım özünə xırda çəngəl sifariş edəndə, onun barəsində lağla belə yazmışdılar: "Bütün başqa adamlar kimi yemək əvəzinə, bu xanım əti xırda tikələrə doğrayaraq ağzına ikidişli çəngəllə qoyur!"

 

Üstündan 500 il keçdi, amma XVI əsrin Venesiyasında da çəngəldən istifadə edən adamları lağa qoymaqdan əl çəkmədilər:

 

"Venesiyada hər adama bıçaq-qaşıqdan başqa, əti tutmaq üçün çəngəl də verirlər, çünki ətə ǝl vurmaq bu insanların gözündə böyük tərbiyəsizlik hesab olunurdu".

 

XVII əsrdən etibarən, masa arxasında davranış qaydaları müasir normalara banzəməyə başladı. Gümüş çəngəllər bütün İtaliyaya yayıldı. Artıq XVIII əsrin sonlarında isə bütün mədəni evlərdə çəngəldən istifadə vacib şərt idi.