Bu maraqlıdır!

Səs səddi

“Səs səddi” termini təyyarə bəlli bir sürətlə uçarkən yaranan şəraiti dəqiq təsvir etmir. Güman etmək olar ki, guya təyyarə səs sürətinə çatanda “səddə” bənzər nəsə yaranır, amma bu qətiyyən belə deyil.

 

Təyyarə uçarkən onun qarşısında bir sıxılma dalğası əmələ gəlir. Həmin dalğa irəli uçan təyyarənin hava hissəciklərini sıxmasından yaranır.


Bu dalğa irəliyə səs sürətiylə hərəkət edir. Və onun sürəti aşağı sürətlə uçan təyyarənin sürətindən artıqdır. Təyyarənin qarşısında hərəkət edən bu dalğa irəlidən gələn hava dalğalarını məcbur edir ki, təyyarənin səthini yalayıb ötsün.


İndi isə təsəvvür edək ki, təyyarə səs sürətiylə uçur. Onda həmin təyyarənin qarşısında sıxılma dalğaları əmələ gəlmir. Təyyarə ilə dalğaların sürəti eynidir. Ona görə də bu dalğa təyyarənin qanadları qarşısında yaranır.


Nəticədə bir zərbə dalğası yaranır ki, bu da təyyarənin qanadlarına güclü təzyiq göstərir. Təyyarələr səs sürətinə çatıb onu keçənə kimi, elə hesab edirlər ki, belə zərbə dalğaları və yüksək təzyiq, təyyarələr üçün “səs səddi deyilən bir maneə  yaradacaq. Lakin aviasiya mühəndisləri bu məqsədlə xüsusi quruluşda olan təyyarələr düzəltdilər.


Yeri gəlmişkən, təyyarələr səs səddini aşanda eşidilən güclü səs zərbə dalğasıdır ki, təyyarənin sürətiylə sıxılma dalğasının sürəti bərabər olan zaman yaranır.