Bu maraqlıdır!

Qazıntıdan çıxmış qalıqların yaşının təyin edilməsi

Bizim uzaq əcdadlarımızın necə olmağını təyin etmək üçün alimlər qazıntıdan əldə edilmiş qalıqları-zaman keçdikcə daşlaşmış sümük və başqa üzvi qalıqları öyrənirlər. 


Bu qalıqların yaşını təyin etmək üçün müxtəlif üsullar mövcuddur: onların tərkibindəki radioaktiv elementlərin təyin edilməsi üçün nümunələrin götürülməsi, onların tapıldığı yerdə torpağın və dağ süxurlarının tərkibinin öyrənilməsi, qədim insanların yaşayış yerində tapılmış üzvi materiyalın, qədim insanların qida kimi istifadə etdikləri taxılın bioloji analizi və s.


Kompüterlərin köməyilə alimlər bir tapıntını digəri ilə tutuşduraraq qədim insanların və heyvanların xarici görünüşünü bərpa edirlər.