Yumor

Bəhlul Danəndə lətifələri. Məgər qarğaya ad qoyanda orada idiniz

Bəhlul Danəndə ovçu deyildi. Lakin bir dəfə o, ovçuluğunu dostlarına göstərmək üçün ova gedir. Bir qarğa vurub evə qayıdır. Yolda dostlarına göstərib deyir:
-Qaz vurmuşam.


Dostları ona gülüb deyirlər:
-Bu, qaz deyil, qarğadır.


Bəhlul Danəndə bu düz sözdən heç də pərt olmayıb deyir:
-Məgər bu quşa ad qoyanda siz orda idiniz.