Bu maraqlıdır!

İlk əkinçilərin yaşayış tərzi

İnsanlar köçəri həyata son verdikdə əkinçilik və heyvandarlıq sayəsində həmin anda lazım olduğundan daha çox qida əldə etməyə nail oldular. Məhz bu bolluq sayəsində tayfalar böyüməyə başladı-tayfalarda adamların sayı bir neçə yüz nəfərə çatırdı və onlar hamısı bir-biri ilə qohum idilər. 


Tayfalar belə qurulmuşdu: valideyinlərdən, övladlardan və nəvələrdən ibarət ayrı ailə və ya nəsil; bir neçə qohum nəsil birləşərək qəbilə əmələ gətirirdi, tayfada isə bir neçə qəbilə birləşirdi. 


Bir tayafanın adamları birgə çalışır, əsas məsələləri bir yerdə həll edirdilər. Yəqin ki, tayfanı hər bir qəbilənin nümayəndəsi- ağsaqqallar qrupu idarə edirdi, həmçinin onların ümumi dini inamları və mərasimləri var idi. Ancaq müxtəlif tayfalarda ailə təşkilatçılığı, idarəetmə qaydaları və dini inamlar bir-birindən fərqlənə bilərdi. Bu, tayfaların fərqli əmək fəaliyyəti ilə məşğul olması ilə əlaqədar ola bilərdi. 


Əkinçiliklə məşğul olmaq üçün əməyin təşkilinin yeni üsulları lazım idi. Bunun üçün alətlər hazırlamaq, taxıl anbarı tikmək, məhsulu necə saxlamağı fikirləşmək, kəndi mühafizə etmək lazım idi. Həmçinin məhsullarını qonşu tayfalardan və ovları yeməyə bəs etməyəndə kəndləri talan edən köçəri ovçulardan qorumalı idilər. Bundan başqa, yığılan ehtiyat hesablanıb tayfanın bütün üzvləri əkin üçün toxumun saxlanmasının qayğısına qalmalı idilər. Və əlbəttə, içmək və əkin sahəsini suvarmaq üçün suyu da yaddan çıxarmaq olmazdı. İş çox idi və hər bir kəs işləməyə məcbur idi. Kişilər və qadınlar, uşaqlar və qocalar-tayfanın yaşaması üçün hər bir kəs qüvvəsini əsirgəməməli idi.