Qədim insanlar necə geyinirdilər
Əkinçilik və heyvan saxlanılması nəticəsində insanların paltar hazırlaması üçün yun, dəri, kətan və pambıq kimi yeni materiallar meydana gəldi. İnsanlar toxuma dəzgahı ixtira etdi və onun vasitəsi ilə təbii tellərdən parça hazırladılar. Kətandan, yundan və pambıqdan olan ilk parçalar həddən artıq qalın və kobud idilər.
İlk əkinçilər, əsasən, isti iqlimi olan ərazilərdə yaşadıqları üçün onlara çox paltar lazım olmurdu. Qadınlar qolsuz köynəklər geyinir, kişilər isə yan sarğısı ilə kifayətlənirdi. Qadınlar da, kişilər də toxumlar, sümüklər, daşlar və mis vərəqlərdən hazırlanmış sırğa, qolbağı və boyunbağılardan istifadə edirdilər. İlk insanlar, ümumiyyətlə, özlərini bəzəməyi çox sevirdilər, bəziləri isə hətta bədənlərini bəzəyir və ya döymə edirdilər.
10.03.2023