Bu maraqlıdır!

Qədim mədəniyyətlərin yaranması

Qədim mədəniyyətlər böyük çayların yaxınlığında inkişaf edib: Mesopotamiyada-Fərat və Dəclə, Misirdə-Nil, Hindistanda-Hind çayının vadisində. Bu çaylar boyu yerləşən torpaqlar çox məhsuldar idi.

 

Məhz buna görə bu ərazidə yaşayan əhalinin sayı sürətlə artırdı, burada ərzaq hamıya bəs edirdi. əhalinin artması ilə çayların və əkin sahələrinin yaxınlığında evlərin və yaşayış yerlərinin tikilməsinə ehtiyac yaranırdı. Məhz beləcə ilk şəhərlər yarandı. Onlarda artıq gücləndirilmiş yolları və çirkabları axıtmaq üçün kanalları olan rayonlar var idi. Həmçinin orda saraylar, məbədlər və kilsələr tikilirdi. 


Əhali artdıqca cəmiyyətin idarə edilməsi çətinləşdi, qaydaların qoyulması və hamını idarə edən vacib xadimlər, başçı və ya şah (çar) meydana gəldi. 


Cəmiyyətin bütün sakinləri əkinçiliklə məşğul deyildi. Onların içərisində sənətkarlar da, metal emal edilməsi ilə məşğul olanlar da, yemək bişirilməsi və saxlanması üçün istifadə edilən saxsı qabları istehsal edənlər də var idi. Cəmiyyət beləliklə inkişaf etməyə başladı və vacib elmi , astronomik, texniki və riyazi kəşflər edildi. Məhz o zaman da yazı meydana gəldi. İnsanlar öz məhsullarının həcmini hesablamağı öyrəndilər və gələcək nəsillərə öz tarixləri və öz bilikləri barədə məlumat verməyi bacardılar.