İlk ədəbiyyat əsəri necə olub
Ən qədim ədəbiyyat əsəri şumerlərin epik poemaları sayılır. O, eramızdan 2000 il əvvəl yazılıb və “Gülqamış haqqında poema” adlanır. Burada öz ölmüş dostunu həyata qaytarmaq istəyən qəhrəmanın macəralarından danışılır.
Hindistanda ən tanınmış kitab olan “Bxaqavad gita” eramızdan 5000 il əvvəl yazılıb. Bu, iki personajın söhbəti şəklində yazılmış ilk əsərdir.
İlk bioqrafik əsər bizim eranın 100-cü ilində yazılıb. Onun müəllifi yunan filosofu Plutarx idi. O öz kitabını “Fərqli həyat yazıları” adlandırmışdır və onda on beş yunan və Roma xadimlərinin həyatından danışırdı.
“Qendzinin tarixçəsi” ilk tarixi roman olub. Orada yapon şahzadəsinin məhəbbət sərgüzəştlərindən danışılır. Onu 1007-ci ildə yapon qadın yazıçısı Murasaki Şikibu qələbə alıb.
14.03.2023