İçindəkilərə görə bu boydadır
Molla şəhərə gəldiyi günlərin birində gəzərkən çox böyük və gözəl bir bina görür. Bina Mollanın o qədər xoşuna gəlir ki, bir neçə dəqiqə durub heyran-heyran tamaşa eləyir. Sən demə, bu bina şəhərin darğasının eviymiş. Mollanın belə diqqətlə evə baxdığını görüb, qoltuqlarının altı şişir. Onu dolamaq məqsədilə yanaşıb soruşur:
-Nə var? Niyə belə diqqətlə baxırsan?
Molla deyir:
-Çox gözəl binadır. Çox xoşuma gəlir. Amma çox böyükdür. Fikirləşirəm ki, görəsən, bunu niyə belə böyük tikiblər?
Darğa deyir:
-Vallah, deyəsən evdir. Amma...
Darğa onu ələ salmaq məqsədilə deyir:
-Səhv edirsən, Molla, bura ev deyil, karvansaradır.
Molla darğanın onu ələ salmaq istədiyini başa düşüe. Odur ki, heç əhvalını pozmadan deyir:
-Hə... deyirəm axı... İçində at-eşşək yaşadığı üçün belə böyük tikiblər də...
15.03.2023