Atalar sözləri

Atalar sözləri

Deyən ağılsız olsa, dinləyən ağıllı gərək.


Dil ürəyin açarıdır.


Dil yalançı olunca, lal olsa yaxşıdır.


Dil yanılar, doğrusunu deyər.


Eşşəyə min ata çatana qədər.


Göz yediyi aşı tanımalıdır.


Su bir dəfə axan yerdən bir də axar.


İşini möhkəm tut, qonşunu oğru tutma.


İsti aşa soyuq su qatma.


İtdən çox çarıq aparan olmaz, yenə ayağı yalındır.


Kasıblıq eyib deyil, oğurluq eyibdir.


Keçi can hayında, qəssab piy hayında.


Kəl ölür, sırma saçlı olur.


Mərd igidlər süfrə açar, ad alar.


Mərd ilə gəzən mərd olar, namərd ilə gəzən biyaban-gərd!


Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar.


Mərd ilə ülfət edən, axırda bir gün mərd olar,


namərdlə ülfət edən, axır biyaban-gərd olar.


Mərd mərdi kəsər Murtuza-Əli hər ikisini.


Mərd mərdi qanar, Bərkdə oduna yanar.


Mərd özündən bilər, namərd yoldaşından.


Mərddən bir xəta, namərddən min.