Emular
Emu quşu Dromaius cinsinin yeganə canlı növüdür. Dəvəquşudan sonra məlum olan ən uzun quş növüdür. Avstraliya qitəsində yaşayan Emu quşuna tez-tez Tasmania adasında, Kral adası və Kenquru adalarında rast gəlinir.
Emu quşu Avstraliyada yaşayan ikinci ən böyük quşdur. Boyları orta hesabla 2.5 metrə qədər böyüyür. Ancaq bu quş növləri meşələrdə deyil, daha çox ağacsız mühitlərdə yaşayır. Həm erkək, həm də dişi emular qəhvəyi tüklərə malikdir. Dişilərin çoxalma dövründə başlarında adətən qara tüklər çıxır, mavi ləkələr də ola bilər.
Emu quşu tez çoxalma qabiliyyətinə malikdir. Dişilər orta hesabla 56 gündə iyirmi yumurta qoya bilirlər.
Bala emular yumurtadan çıxandan sonra erkək emular orta hesabla altı ay balalara qulluq edirlər. Emu quşları təsərrüfat sahələrində saxlanıla bilər. Evcil xarakterləri var. Onların insanlarla heç bir problemi yoxdur. İnsan dostu kimi yaşayırlar, lakin digər heyvanlarla yaxşı yola getmirlər. Emu quşları sürətlə qaça bilir.
Emu quşları dünyada tanınan ən uzun boylu ikinci quşdur. O, həm də yaşayan ikinci ən böyük quşdur. Emu quşları dəvəquşulardan daha böyük ola bilər. Emu quşlarının çəkisi orta hesabla qırx kiloya qədər arta bilər. Onları bir-birindən ayırd etmək olduqca çətindir. Hamısının tükləri eyni rəngdədir. Emu quşları saatda 50 kilometr sürətlə qaça bilirlər. Aclığa davamlı quş növüdür. Bir çox həşərat və bitki ilə qidalanırlar. Həddindən artıq olmasa da, amma bir dəfəyə çoxlu su içirlər. May ayında çoxalırlar.
16.03.2023