Yumor

Ağıllı o qədər də çox deyil

Bir gün Bəhlulun qardaşı ona deyir:


-Boş-boş ora-bura gəzməkdənsə, sənə bir iş tapşırım.


Bəhlul deyir:


-Nə iş?


Qardaşı deyir:


-Bağdadda olan dəlillərin sayını öyrən.


Bəhlul deyir:


-Onları saymaqla qurtaran deyil, desən ki, ağıllıları say, sayaram, çünki onlar o qədər də çox deyil.