Bu maraqlıdır!

Tutanxamonun məzarı lənətlənmişdimi

Çoxları belə hesab edir ki, Misir sərdabələri lənətlənib. Ancaq bu, əfsanədir. Əslində, Misir kahinləri oğruları qorxutmaq üçün sirli ovsunlar yazıblar, ancaq onların bu cadularının heç bir xeyri olmayıb, demək olar ki, bütün məzarlıqlar talanıb. 


Misir sərdabələrinin lənətlənməsi haqqında əfsanə bir qrup arxeoloqun 1923-cü ildə Tutanxamonun sərdabəsini aşkar etdikdən sonra meydana gəlmişdir. Sərdabənin demək olar ki, toxunulmaz vəziyyətdə qalması arxeoloqlar qrupunda bir neçə adamın sərdabə açıldıqdan sonra faciəli surətdə həlak olması səbəbindən jurnalistlər lənətlənmə haqqında tarixçə düzəltdilər. 


Arxeoloqlar qrupunun rəhbəri Houard Karter Tutanxamonun məzarını tapdıqdan sonra firon VI Tutmosun qəbrini və məşhur çariça Xatşepsutun böyük məbəd-başdaşı yazısını aşkarladı.