Yumor

Nə əkərsən, onu da biçərsən

Bir gün küçədə Bəhlul xəlifəni pisləyir. Adamlardan biri deyir:
-Bəhlul, xəlifə eşitsə, səni asdıracaq. 


Bəhlul deyir:
-Yox, asdıra bilməz. Bir başqası deyir:
-Onda boynunu vurduracaq. 
-Yox, vurdurmaz. Hamı bir ağızdan deyir:
-Onda döydürəcək. Bəhlul yenə “Yox” deyib, sözünün üstündə dayanır. Adamlar hər nə cəza deyirlərsə, Bəhluldan “yox” cavabı alırlar.


Axırda bir nəfər deyir:

-Onda daşa basacaq.
-Hə, o olar.
Hamı təəccüblənir, soruşurlar ki, bəs niyə?


Bəhlul deyir:
-Atalar yaxşı deyib, kim nə əkərsə onu da biçər. Mən uşaqlıqda bir iti daşa basmışam. Ona görə məni daşa basa bilərlər.