Bu maraqlıdır!

Olmeklər

Qədim xalq olan olmeklər təxminən üç min il bundan əvvəl indiki Meksikanın Verakrus və Tabasko ştatlarının ərazisində yaşayıblar. Onlar əkinçiliklə məşğul idi və çox yüksək mədəniyyətə malik idilər, həmçinin çox güclü ticarətçilər idilər və öz məhsullarını uzaqda yaşayan xalqlarla dəyişirdilər. 
 
 
Olmeklər daş üzərində işləmək üzrə çox gözəl usta idilər. Onlar bəzəkli divarlar hazırlayır, qəbir daşları və daş mehrablar, gildən kiçik heykəllər və maskalar düzəldirdilər. Olmek mədəniyyəti bizə bizim günlərə qədər gəlib çatmış qeyri-adi nəhəng heykəllər sayəsində məlum olub. 
 
 
Olmekləri “ qarğıdalı (mais) xalqı” adlandırırdılar, çünki bu kənd təsərrüfatı bitkisi onların qidasının əsasını təşkil edirdi. Gündəlik yeməkləri, adətən, qarğıdalı köklərindən ibarət idi. Olmeklər həmçinin lobya və balqabaq da yeyirdilər. 
 
 
Arxeoloqlar olmeklərin çoxlu məişət əşyalarını (keramikadan olan qabları, maskaları, heykəlləri və s.) bərpa edə biliblər. Əsas tapıntılar San-Lorenso, La Venta və Tres Sapotes ərazilərində aparılan qazıntılar zamanı aşkar edilib. 
 
 
Onların iki ev heyvanı olub: it və hind xoruzu. Olmeklərin itləri “çixuaxua” it cinsinə oxşayırdı, çünki çox balaca idilər. Olmeklər onları yemək üçün bəsləyirdilər.  Onlar həmçinin asteklər, mayya və başqa Amerika xalqları kimi, hind xoruzu saxlayırdılar.
 
 
Olmeklər çox yaradıcı xalq olublar. Onlar təqvimi, yazı formasını və rəqəmlərin şəkli sistemini ixtira ediblər. 
 
 
Ticarətçi olmeklər öz biliklərini Mərkəzi Amerikada başqa xalqlara ötürüblər.
 
 
Mayya və asteklər olmeklərin biliklərinin bir hissəsini irsən almışdılar. Ona görə də tarixçilər təsdiq edir ki, olmeklərin mədəniyyəti sonrakı mədəniyyətlər üçün bünövrə rolu oynayıb. 
 
 
Yaquar Cənubi və Mərkəzi Amerikada yayılmış yırtıcı məməlidir. O, insanlara hücum etmir və böyük ovlarla, əksər hallarda marallarla qidalanır. Olmeklər yaquarları çox qiymətləndiridilər, çünki onlar qarğıdalı plantasiyalarını məhv edən otyeyən heyvanları yeyirdilər.
 
 
Yaxşı keramika və heykəl ustaları olan olmeklər, pişik cizgilərini özündə əks etdirən maskalar və insan-yaquar heykəllərini hazırlayırdılar.